Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli İnsanov YAP-a qayıdır — İddia      

Əli İnsanov YAP-ın qurucularından biri olub...

Keçmiş Səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasını istefa dalğası bürüyüb.  

HƏP-in sədr müavinləri İsfəndiyar Vahabzadə və Qüdrət Quludan sonra partiya sədrinin müşaviri Nuriyə Hidayət də istefa verib. İstefalara səbəb Əli İnsanovun bundan sonra hakimiyyətin siyasi kursunu dəstəkləyəcəyi ilə bağlı bəyanatla çıxış etməsi olub.  

Partiya rəhbərliyində təmsil olunan daha bir neçə nəfərin bu qərar üzündən HƏP-lə yollarını ayırmağa hazırlaşdığı bildirilir.  

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, Əli İnsanovun siyasi fəaliyyətində kəskin dönüş etməsi səbəbsiz deyil. Tərəfdarlarından birinin saytımıza bildirdiyinə görə, sabiq nazir yaxın vaxtlarda ölkənin siyasi həyatında şok effekti yaradacaq addım atacaq. Onun hakim Yeni Azərbaycan Partiyasına üzv olmağa hazırlaşdığı bildirilir. Hətta bununla bağlı partiyanın rəhbərliyində təmsil olunan bir neçə deputatla danışıqlara başladığı deyilir.  

Məlumatlı şəxs Haqq və Ədalət Partiyasının mövcudluğunun bundan sonra formal xarakter daşıyacağını vurğulayıb. Onun sözlərinə görə, Ə.İnsanov bu partiyanın başına siyasi kluarlarda tanınmayan tərəfdarlarından birini gətirməyi planlaşdırır.  

Qeyd edək ki, Əli İnsanov YAP-ın qurucularından biri olub. O, uzun müddət bu partiyada sədr müavini postunu tutub, amma 2005-cü ildə həbs olunduqdan sonra partiya sıralarından xaric edilib. 

pia.az


Etiket: Əli İnsanov YAP


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür

Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların mülkünü sökür, amma onlara pul vermir...- Video

Rusiya Avropaya ölüm dəstələri göndərir - Qitə həyəcan təbili çalır...

Bakının məşhur ticarət mərkəzində sahibkar özünü asdı

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Almatıda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında ikitərəfli görüş keçirilir - Yenilənib, Video

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

İlham Əliyev və Mehriban Əliyeva Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar - Yenilənib, Foto

Sankt-Peterburqda avtobus körpüdən çaya düşüb, 6 nəfər ölüb - Hadisə anının videosu- Foto, Yenilənib

Prorektorun qətlini sifariş edən rektora hökm oxundu

Qabil Hüseynli: Paşinyan Moskvadan normal nəticələrlə geri qayıtdı...

Ən çox oxunanalar